Vinchigroup

İstənilən vaxt zəng edin

E-poçt göndər

Havalandırma sistemi

Havalandırma sistemi

Havalandırma sistemləri bütün inzibati və yaşayış binalarında quraşdırılan ən mühüm ünsürlərdən biridir. Havalandırma sistemlərinin texniki xüsusiyyətləri beynəlxalq standartların normalarına cavab verməlidir. Havalandırma sistemlərinin mühüm əhəmiyyəti olmasının səbəbi onunla izah edilir ki, bu sistemlərin yoxluğu nəticəsində qapalı yerlərdə karbon qazının və digər zərərli qazların artması müşahidə olunur. Bu isə insanların özünü pis hiss etməsinə, baş ağrılarına, yorğunluğa, əmək məhsuldarlığının azalmasına və digər neqativ hallara səbəb olur. Sadalanan bu halların qarşısını almaq üçün isə havalandırma sistemlərinin tətbiq olunması zəruridir.